Sarayda yaşayıb susuz qalanlar - 1 həftədir niyə çarə tapılmır? - AÇIQLAMA
Far.Az xəbər saytı

Sarayda yaşayıb susuz qalanlar - 1 həftədir niyə çarə tapılmır? - AÇIQLAMA


Abşeron rayonunun Saray qəsəbəsində bəzi ərazilərə 1 həftədən artıqdır su gəlmir.

Far.Az-in məlumatına görə, söhbət qəsəbənin "Yeni məhəllə" adlanan ərazisində, Zərifə Əliyeva küçəsində yerləşən evlərdən gedir.

Sakinlər gün boyu suyun ümumiyyətlə olmamasından, axşamlar isə aşağı təzyiqlə çox az miqdarda verilməsindən şikayətlənirlər.

"10 gündür nə su verirlər, nə də əhaliyə bir məlumat verirlər ki, su nə vaxt gələcək. Heç kəsinti barədə də öncədən xəbərdarlıq edilməyib. İsti havada susuz qalmışıq",-deyə sakinlərdən biri redaksiyamıza bildirib. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə əlaqə saxladıq. 

Qurumdan Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, anbarda təzyiqin azalması müşahidə edilir. Bu səbəbdən bəzi ərazilərə suyun gedib çatmasında çətinlik yaranır. Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası problemin aradan qaldırılması istiqamətində tədbirlər görür.

O da qeyd olunub ki, ərazidə xətlər əhali tərəfindən primitiv üsulla çəkildiyi üçün, həmçinin bir xəttə normativdən artıq qoşulmaların edilməsi suyun hər kəsə eyni təzyiqlə gedib çatmasına maneə yaradır.

Banu Hüseynli

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər