"Araz-Naxçıvan" Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb
Far.Az xəbər saytı

"Araz-Naxçıvan" Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb


Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Araz-Naxçıvan" sonuncu yoxlama matçında qələbə qazanıb.

Komanda Türkiyə Superliqasının aparıcı klublarından "Trabzonspor"la qarşılaşıb.

Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Araz-Naxçıvan" daha əvvəl "Bayburtspor"u 14 cavabsız qolla üstələyib, "Alanyaspor"la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2. Komanda iyulun 19-da Bakıya dönəcək və "Aris"lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Araz-Naxçıvan" "Alanyaspor"la qolsuz heç-heçəyə razılaşdı
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər