UEFA Çempionlar Liqası: "Qarabağ" - "Şelburn" oyununun biletləri satışa çıxarılır
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Şelburn" oyununun biletləri satışa çıxarılır


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" matçının biletləri sabahdan satışa çıxarılacaq
UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" matçının biletləri bu gün satışa çıxarılacaq
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçının biletləri bu gün satışa çıxacaq
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər