Hikmət Hacıyev: "Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır"
"Bu gün Azərbaycan mediası qarşısında süni intellektin öyrənilməsi vacib tapşırıqlardandır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq media rəhbərləri ilə görüş zamanı süni intellektin gündəlik məsələlərdə tətbiqi barədə müzakirələr aparılır:
"Bu məsələlərdə beynəlxalq praktikaları öyrənirik. Bu gün tərcümə işinə baxsaq, Azərbaycan dilində hələ ki arxa səslərin təqdim olunmasında müəyyən texniki problemlər olsa da, rus və ingilis dillərindən tərcümənin təmin olunması baxımından yaxşı nəticələr var. Bir sıra media platformalarında bunlar artıq tətbiq olunur".
H.Hacıyev süni intellektlə bağlı eksperiment apardıqlarını da diqqətə çatdırıb:
"Süni intellektin məhsulu olan bir məqaləni Azərbaycanın media orqanlarından birində yerləşdirdik. Ancaq heç kim onu süni intellektin hazırladığını ayırd edə bilmədi".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













