FHN: Ötən həftə 940 yanğına çıxış olub, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 940 yanğına çıxış, 67 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 71 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 22 nəfər təxliyə olunub, 11 nəfər tüstüdən zəhərlənib, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
Azərbaycanda 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib
FHN: Ötən sutka 39 yanğına çıxış olub, 6 nəfər xilas edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib













