"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi
Far.Az xəbər saytı

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi


Sosial mediada yayılan məlumatlara əsasən, Binəqədi rayonu ərazisində, sahil zonasında yerləşən "AF Hotel" adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanması ilə bağlı narahatlıq doğuran görüntülərdən sonra IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə təcili araşdırma tədbirləri həyata keçirilib.

Far.Az xəbər verir ki, aparılan birgə yoxlama nəticəsində məlum olub ki, obyektin ərazisində qonaqların əyləncəsi məqsədilə, qəbuledilməz şəraitdə yeddi pişik və bir it saxlanılıb. Bundan əlavə, obyektin ərazisində heç bir rəsmi icazə olmadan fəaliyyət göstərən qanunsuz zoopark aşkar edilib. Həmin zooparkda "Qırmızı kitab"a düşən, invaziv və digər növlərdən ibarət çoxsaylı heyvanların (5 tovuz quşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşu) saxlanıldığı müəyyən olunub.

Heyvanların sağlamlığı və təhlükəsizliyi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçirilib. Heyvanların reabilitasiyası tamamlandıqdan sonra yeni sahiblərinin tapılması üçün sahiblənmə mərkəzinə yerləşdiriləcək, vəhşi heyvan növləri isə müvafiq qaydada təbiətə buraxılacaq.

IDEA İctimai Birliyi vətəndaşları ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə çağırır, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi faktlar barəsində "1113" nömrəli qaynar xəttə və ya rəsmi sosial media kanallarına məlumat verməyi xahiş edir.

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qanunsuz ov ətlərinin istifadəsi və satışı ilə bağlı restoranlara son xəbərdarlıq edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər