Azercell xəttinə qadınlardan 1300 müraciət
Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti"nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub.
Müraciətlərin təsnifatına əsasən, psixoloji dəstək üzrə 329, məişət zorakılığı halları ilə bağlı 209, hüquqi yardımın göstərilməsi üçün isə 187 müraciət qeydə alınıb. Bununla yanaşı, sosial və maddi rifahla bağlı problemlərlə əlaqəli 150, boşanma prosesində yaşanan çətinliklərlə bağlı 119, sığınacaqla təmin olunma üzrə 73, səhiyyə hüquqlarının təmin olunması üçün isə 15 müraciət daxil olub. Zənglərin 224-ü ümumi xarakterli suallar, xidmət barədə məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.
QDX-nin psixoloq, hüquqşünas və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə görüşərək ehtiyaclarına uyğun yardım tədbirləri həyata keçirib. Zəruri hallarda qadınlar hüquqi məsləhət və tibbi xidmətlərlə təmin olunmaq üçün aidiyyəti qurumlara, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.
2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılan Qadın Dəstək Xətti zorakılıqla mübarizədə effektiv psixososial yardım göstərməyi, qadınların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasını təmin etməyi hədəfləyir. Bu məqsədlə xidmət icma əsaslı hüquq klinikaları, dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
Qadınların rifahının yaxşılaşdırılması və təhlükəsiz mühitdə yaşamaları üçün dayanıqlı dəstək platforması rolunu oynayan QDX 116111 qısa nömrəsi, Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində yardım göstərməyə davam edir.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Azercell-in təşəbbüsü ilə yaradılan "Qadın Dəstək Xətti"nə ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













