Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib
Far.Az xəbər saytı

Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib


Rusiya Silahlı Qüvvələri gecə saatlarında quru, dəniz və hava əsaslı yüksək dəqiqlikli silahlarla, pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, enerji və nəqliyyat obyektlərinə, eləcə də gəmilərinə və liman infrastrukturuna kütləvi zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Zərbə nəticəsində Ukraynanın hərbi-sənaye kompleksi müəssisələri və qanadlı raketlərin, uzaq və orta mənzilli PUA-ların istehsalı və saxlanılmasına cəlb edilmiş anbar terminalları, Kiyev şəhərində, Kiyev, Dnepropetrovsk, Nikolayev, Lvov və İvano-Frankovsk vilayətlərində enerji və nəqliyyat infrastrukturu obyektləri vurulub", - məlumatda qeyd edilib.

Qurumun məlumatına görə, həmçinin Odessa vilayətində liman infrastrukturu obyektləri və gəmilər zərbələrə məruz qalıb.

Öz növbəsində, Kiyev şəhərinin meri Vitali Kliçko bildirib ki, ilkin məlumatlara görə, hücum nəticəsində zərərçəkənlərin sayı 15 nəfər təşkil edib, daha üç nəfər isə ölüb. O, həmçinin qeyd edib ki, Dnepr üzərindəki üç körpü və kritik infrastruktur obyekti zədələnib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Şenjendə Çin və ABŞ rəhbərləri ilə üçtərəfli görüşün yekunlarına dair brifinqdə çıxış edərkən Ukrayna Silahlı Qüvvələri tərəfindən Krım körpüsünə edilən hücumların cavabsız qalmayacağını bəyan edib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər