TikTok ulduzu 102 yaşında vəfat etdi
Far.Az xəbər saytı

TikTok ulduzu 102 yaşında vəfat etdi


II Dünya müharibəsi veteranı və "TikTok" sosial şəbəkəsində "Papa Jake" ləqəbi ilə məşhur olan Ceyk Larson 102 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat onun "Instagram" hesabında paylaşılıb.

O, 17 iyul 2025-ci ildə 102 yaşında dünyasını dəyişib. Larson II Dünya müharibəsi zamanı Normandiya əməliyyatında iştirak etmiş və bu xidmətlərinə görə ABŞ-nin "Bürünc ulduz" ordeni və Fransanın ən yüksək mükafatı olan "Şərəf Legionu" ordeni ilə təltif olunmuşdu.

TikTok platformasında Ceyk müharibə xatirələrini, döyüşlərdə həlak olmuş döyüş yoldaşlarını və hərbi təcrübələrini bölüşürdü. Onun hesabına 1,2 milyon insan abunə olmuşdu.

Ceyk Larson 20 dekabr 1922-ci ildə ABŞ-nin Minnesota ştatının Ovatonna şəhərində anadan olub. 1938-ci ildə 15 yaşlı olmasını gizlədərək ABŞ Milli Qvardiyasına qoşulmuşdu. 1942-ci ildə isə ABŞ ordusu ilə birlikdə Şimali İrlandiyaya göndərilmişdi. O, baş çavuş rütbəsinə qədər yüksəlmiş və Normandiya desant əməliyyatının hazırlanmasında iştirak etmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər