Azərbaycan Premyer Liqası: V tur iki oyunla başlayır
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqası: V tur iki oyunla başlayır


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

"Far.Az"un məlumatına görə, ilk olaraq iki qarşılaşma keçiriləcək.

"Turan Tovuz" doğma azarkeşləri önündə "Səbail"lə üz-üzə gələcək.

Tovuz şəhər stadionunda gerçəkləşəcək matç saat 17:45-də start götürəcək. Meydan sahibləri 10 xalla liderdir. Paytaxt klubu 4 xalla 6-cı pillədə qərarlaşıb.

"Sumqayıt" isə "Araz-Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir.

Azərbaycan Premyer Liqası

V tur

30 avqust

17:45. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu

20:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları 31 avqust və 1 sentyabrda baş tutacaq.

Oxşar xəbərlər

Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarının hakimləri bəlli olub
Azərbaycan Premyer Liqası: Turun ilk matçında autsayderlər qarşılaşacaq
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
"Şamaxı" "Zirə"ni məğlub edib
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər