Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs danışıb.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva ona qarşı irəli sürülən iddiaları təkzib edir.
O, xəstəxanada özünə qarşı qərəzli münasibət olduğunu iddia edib. Gülnar Fərzəliyevanın sözlərinə görə, bu vəziyyətin arxasında xəstəxananın təsərrüfat müdiri dayanır.
"Böhtan ataraq məni işdən azad ediblər. Mən 17 il ərzində heç bir xəstəni nə natəmiz qoymuşam, nə də döymüşəm", - deyə o bildirib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə məsələ ilə bağlı bildirilib ki, sanitarın pasiyentə qarşı qeyri-etik davranışı araşdırılıb.
Müəssisənin məlumatına görə, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitarın stasionar müalicə alan, köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib.
Fakt müəssisənin Tibbi Şurasında müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 11 iyul 2026-cı il tarixindən xitam verilib.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
-
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir













