Sumqayıtda fəhlənin uçqun nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır
Far.Az xəbər saytı

Sumqayıtda fəhlənin uçqun nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır


Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Far.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

*** 12:56

Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.

Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda fəhlə dağıntılar altında qalıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər