Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə səfərdədir
Far.Az xəbər saytı

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə səfərdədir


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə "IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də Müdafiə Nazirliyinin rəhbər heyəti İstanbul şəhərində keçirilən "IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb.

Müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq, həmçinin bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər