Bir sıra media nümayəndələri Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər
Far.Az xəbər saytı

Bir sıra media nümayəndələri Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər


Bir sıra media nümayəndələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yubiley tədbirində medala layiq görülən bəzi media nümayəndələrinin adları məlum olub.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, 150 illik medal media nümayəndələrinin hamısı üçün nəzərdə tutulub və onlara təqdim ediləcək.

Tədbirdə ilkin olaraq medallar Roza Tağıyeva, Dağbəyi İsmayılova, Cahangir Məmmədliyə, Mirşahin Ağayevə, Flora Xəlilzadəyə, Vasif Quliyevə, Rəhilə Hüseynovaya, Qulu Məhərrəmliyə, Vüsalə Mahirqızına, Müsəllim Həsənova, Bəxtiyar Qaracaya təqdim edilib.

***19:29

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.

BAKU.WS xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Qeyd edək ki, Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər