Benzia karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Far.Az xəbər saytı

Benzia karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək


Azərbaycan çempionu "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Yassin Benzia Səudiyyə Ərəbistanına yollanır.

Far.Az xəbər verir ki, 30 yaşlı əlcəzairli futbolçu bu ölkənin Pro Liqasında mübarizə aparacaq "Əl-Hazem" klubu ilə müqavilə imzalamaq üçün razılığa gəlib.

Qeyd edək ki, "Əl-Hazem" cari mövsüm elitaya yüksələn komandalar sırasındadır.

Xatırladaq ki, Benzia "Qarabağ"da 2023-cü ilin fevralından 2025-ci ilin may ayınadək çıxış edib və bu müddət ərzində komandanın əsas oyunçularından biri olub.

Təcrübəli futbolçu karyerası ərzində Fransanın "Lill" və "Lion", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" klublarında da forma geyinib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Qarabağ"ın futbolçusu: "Lion"la üz-üzə gəlmək mənim üçün xüsusidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər