Ağdam və Ağdərədə güclü YANĞIN - Partlayışlar baş verir
Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.
Far.Az APA-ya istinadən xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.
Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.
Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.
Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub
***22:53
Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.
Far.Az "Report"a istinadən xəbər verir ki, yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.
Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
Hazırda yanğın davam edir.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dünyanın ən varlı futbolçuları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü













