"Araz-Naxçıvan" – "Aris" oyununa satılan biletlərin sayı açıqlanıb
Far.Az xəbər saytı

"Araz-Naxçıvan" – "Aris" oyununa satılan biletlərin sayı açıqlanıb


UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" – "Aris" (Yunanıstan) oyununa satılan biletlərin sayı açıqlanıb.

Far.Az xəbər verir ki, bu barədə report-a klubun mətbuat katibi Mahal Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyədək 500-ə yaxın bilet öz sahibini tapıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Dalğa Arena"nın kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Araz-Naxçıvan" – "Aris" qarşılaşması sabah, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" matçının biletləri sabahdan satışa çıxarılacaq
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçının biletləri bu gün satışa çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər