İsti havada qaynar çay içənlərin NƏZƏRİNƏ
İyulun yandırıcı istisində içilən bir stəkan qaynar çay kimisi üçün əsl zövq, kimisi üçün isə sadəcə vərdişdir.
Far.Az xəbər verir ki, əksər insanların düşündüyünün əksinə olaraq, bəzi həkimlər bildirir ki, isti çay içmək bədəni daha da isitməz, əksinə tərləməni artıraraq orqanizmin özünü təbii yollarla soyutmasına yardım edir. Bu mexanizm, xüsusilə quraq və rütubətsiz iqlimlərdə effektiv işləyir.
İsti çay içildikdə bədən reaksiya olaraq tərləməyə başlayır. Bu da daxili temperaturun normallaşmasına yardım edir. Amma bu, hamı üçün keçərli deyil. İsti havada artıq qızmış bədəni daha da isidəcək içkilərdən istifadə etmək bəzi insanlar üçün təhlükəli ola bilər.
Əgər orqanizmin su balansı pozulubsa və tərləmə funksiyası zəifdirsə, çox isti çay halsızlıq, başgicəllənmə və hətta istilik vurmasına gətirib çıxara bilər. Xüsusilə qara və yaşıl çay kimi kofeinli içkilər isti havada sidikqovucu təsir göstərərək bədəni susuz qoya bilər.
Buna görə də, isti havalarda çox isti çaylardan çəkinin. Bitki çaylarına (məsələn, nanə, çobanyastığı, zəncəfil) üstünlük verin. Çayı az miqdarda və ilıq formada qəbul edin. Ən əsası isə: gündəlik su qəbulunu unutmayın.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Suyun müalicəvi gücü: "Nine Senses"də yeni texnologiya sağlamlığın bərpasına necə kömək edir?
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













