İşə düzəltmək adı ilə 600 manatlıq dələduzluq
Far.Az xəbər saytı

İşə düzəltmək adı ilə 600 manatlıq dələduzluq


İşə düəzltmək adı ilə dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, Arif Qurbanov (ad və soyad şərtidir) zərərçəkmişə onu dövlət şirkətlərindən birinə işə düzəldəcəyini vəd edib.

Bunun müqabilində isə vətəndaşdan 600 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. 

Arif Qurbanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı Arif Qurbanov verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş zərəri ödəyib və zərərçəkmişlə barışıq əldə edib. 

Məhkəmənin hökmü ilə ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər