Hakan Fidan: Rusiya və və Ukrayna liderlərinin İstanbulda görüşəcəyinə inanıram
Far.Az xəbər saytı

Hakan Fidan: Rusiya və və Ukrayna liderlərinin İstanbulda görüşəcəyinə inanıram


Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda görüşəcəyinə inanıram.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Balkan Sülh Platforması toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq üçüncü turu keçirilən İstanbul müzakirələrinin əsas müddəalarından biri də liderlərin bir araya gəlməsidir: "Əsir mübadiləsi, atəşkəslə bağlı tərəflərin mövqelərinin öyrənilməsi və prezidentlərin bir araya gəlməsi hər üç raundda müzakirə olundu. Əsirlikdə olanların azad olunması az da olsa ümid yaradır".

Nazir söyləyib ki, Rusiya və Ukrayna liderləri İstanbulda bir araya gəlməklə bağlı iradələrini ifadə ediblər: "Bilirik ki, ABŞ Prezidenti Donald Tramp atəşkəsdə maraqlıdır. Prezidentimiz də liderlərin görüşünə çox inanır. İstanbulda üç liderin bir araya gələ biləcəyinə inanıram".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər