İran səfiri Bakıdakı görüşdə "qardaşlıq münasibətləri" mesajı verdi
Far.Az xəbər saytı

İran səfiri Bakıdakı görüşdə "qardaşlıq münasibətləri" mesajı verdi


Dünən İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla bir araya gəlib.

Far.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə ISNA agentliyinə istinadən məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.

Səfir Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib.

Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin önəmini qeyd ediblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər