Ötən ay xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb
İyun ayı üzrə 613 müraciətçinin 567-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 46 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirlib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 16 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 dövlət nümunəli olmayan diplom, 5 təhsilalma forması, 4 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq (kredit sayı), 3 akkreditə olunmamış ali təhsil müəssisəsi (təhsil dövrünün bir hissəsinə münasibətdə), 3 kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, 2 ekvivalenti olmayan ixtisas, 2 akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 əhəmiyyətli fərq (kredit sayı), 1 ixtisas uyğunsuzluğu, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyədən 155, Rusiyadan 152, Ukraynadan 144, Belarusdan 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşadan 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliyadan 6, Almaniyadan 5, Çin, İran, Macarıstan, Qazaxıstan və Qırğız respublikalarının hər birindən 4, İsveç və Litvadan 3, Avstriya, Belçika , Əlcəzair, Fransa, Norveç, Səudiyyə Ərəbistan Krallığı, Yaponiya və Latviya respublikalarının hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq , İsveçrə Konfederasiyası, Mozambik Respublikası, Niderland Krallığı, Nigeriya, Portuqaliya, Qambiya, Rumıniya, Somali, Şri-Lanka , Sudan və Tacikistanın hər birindən isə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.
Oxşar xəbərlər
Hansı hallarda xaricdə təhsil alanların diplomları tanınır?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ötən ay xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı
-
Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb













