Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, köç edən sakinlərə mənzillərinin açarları təqdim olunub.
Qeyd edək ki, Cəbrayıl şəhərinə köçürülən 44 ailənin (166 nəfər) 34-ü (121 nəfər) Bakı şəhərindən, 10-u isə (45 nəfər) Biləsuvar rayonundan yola salınıb.
Qalereya
*** 13:40
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə - 166 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Cəbrayıl şəhərində 39 ailəyə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-3
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - YENİLƏNİB-2
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ qüvvələri Hörmüz boğazında saxladığı gəmilərin sayını açıqlayıb
-
Naib Əlizadə ilə bağlı ƏMR
-
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır
-
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
-
Süni intellektlə ev tapşırığını yazan şəxslərə XƏBƏRDARLIQ
-
Makron III Çarlzın fransız dili ilə bağlı zarafatına cavab verib













