Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
Far.Az xəbər saytı

Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib


İranın xarici işlər naziri Abbas Əraqçinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü saat yarımdan çox davam edib.

"Far.Az" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.

"Putinlə çox yaxşı bir görüşümüz olub və bəlkə də saat yarımdan çox davam edib", - o bildirib və qeyd edib ki, söhbət zamanı ikitərəfli münasibətlər, regional problemlər, ABŞ rejimi və İsrailin hücumları daxil olmaqla, bütün məsələlər ətraflı şəkildə müzakirə olunub:

"Həmçinin iki ölkə arasındakı əməkdaşlığa da diqqət yetirilib, çox yaxşı fikirlər səsləndirilib. Hazırda əməkdaşlıq üçün çox yaxşı zəmin mövcuddur. Putin həmçinin qeyd edib ki, hazırda nəinki Rusiya, bütün dünya ABŞ qarşısında göstərdiyi mətanətə və bu qeyri-bərabər müharibədə qazandığı qələbəyə görə İran xalqına heyrandır. Biz bu müharibə müddətində verdikləri dəstəyə görə rusiyalı dostlarımıza təşəkkür edir və İranın yeni şəraitdə Moskva ilə strateji münasibətləri və tərəfdaşlığı davam etdirmək əzmində olduğunu bəyan edirik".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər