Messi "İnter Mayami"də rəhbər vəzifəyə təyin olunacaq
Far.Az xəbər saytı

Messi "İnter Mayami"də rəhbər vəzifəyə təyin olunacaq


Futbol əfsanəsi Lionel Messinin peşəkar karyerasını başa vurduqdan sonra ABŞ-nin "İnter Mayami" klubunda rəhbər vəzifə tutması gündəmdədir.

Far.Az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, argentinalı superulduzla "İnter Mayami" arasında müzakirə edilən yeni müqavilədə bu məsələ xüsusi bənd kimi yer alacaq. Beləliklə, Messi yaşıl meydanlardan uzaqlaşdıqdan sonra da klubda qalaraq idarəçilik sahəsində fəaliyyət göstərə bilər.

Hazırda tərəflər yeni müqavilənin şərtləri üzərində danışıqları davam etdirir. Razılaşmanın üç il və ya daha uzun müddəti əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, Lionel Messi 38 yaşındadır və 2023-cü ilin yayından bəri "İnter Mayami"nin heyətində çıxış edir. Onun ABŞ klubuna transferi həm MLS-də marağı artırmış, həm də "İnter Mayami"yə qlobal diqqət qazandırmışdı.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər