Bəzi bürclər ulduzlar tərəfindən qorunur – Astroloqlara görə ən şanslı və müdafiəli bürclər
Astrologiyada bəzi bürclər mistik güclər, pozitiv enerji və "ilahi müdafiə" ilə əlaqələndirilir. Bu bürclərin həyatın çətinliklərinə qarşı daha şanslı və görünməz şəkildə qorunduğu iddia edilir. Bəs kimlər bu "qorunmuş" bürclər sırasındadır?
Far.Az sözügedən bürcləri təqdim edir:
Qız
Qız bürcü torpaq elementinə aiddir və simvolik olaraq "təmizlik" və "müdafiə" ilə əlaqələndirilir. Astroloqlar deyir ki, Qız bürcü insanları detalların ustasıdır və təkcə ağılları ilə deyil, daxili hissləri ilə də özlərini bir çox təhlükədən qorumağı bacarırlar. Onlara təsir etmək çətindir – bu da bir növ təbii qalxandır.
Balıq
Balıq bürcü mistik enerjiyə sahib sayılır. Onlar çox zaman bilinçaltı güclərlə əlaqələndirilir. "Altıncı hiss"ləri güclü olduğu üçün, zərərli insanlardan və mənfi enerjilərdən uzaq durmağı instinktiv olaraq bacarırlar. Balıqlar həm də ruhani dünyaya daha açıq olduqları üçün, qorunmaları daha çox "ruhi" səviyyədə baş verir.
Şir
Bəzi astroloqlar Şiri "Tanrı tərəfindən sevilən bürc" adlandırır. Günəşin idarəsində olan bu bürc güclü aurası və özünəinamı ilə tez-tez bəlalardan qurtulur. Onlar düşmənləri öz parlaqlığı ilə kölgədə qoyur və tez-tez möcüzəvi şəkildə xilas olurlar.
Buğa
Buğa bürcü sabit enerjisi və həyatdakı yerə möhkəm bağlanması ilə diqqət çəkir. Onların həyatına zərər verən insanlara qarşı təbiətən bir "blokaj" var. Astroloji baxımdan bu, onların güclü "aura sahəsi" ilə izah olunur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













