Mətbuat Şurasında Milli Məclisə seçkilərlə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək.
Bu barədə Far.Az-ya Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər. Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.
Qeyd edilib ki, Mətbuat Şurası jurnalistlərin Milli Məclisə növbədənkənar seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə sentyabrın 1-də müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Qaradağda məktəb direktorunun maşını yandırılıb
-
Kamboca Azərbaycanın dəstəyi ilə Mərkəzi Asiya bazarlarına çıxmaq niyyətindədir













