Zelenski: Rusiya indi atəşkəsə daha çox meyillidir
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
O, Uitkoffun Moskvaya səfərindən sonra ABŞ Prezidenti Donald Trampla danışdığını xatırladıb:
"Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyillidir. Onlara təzyiqlər işləyir. Amma əsas odur ki, bizi və ya aldatmasınlar", - Zelenski vurğulayıb.
Həmçinin, prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşlarına ümumi mövqe və ümumi baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib
Zelenski Vatikanda Trampla görüşünü şərh etdi: "Qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













