Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
Far.Az xəbər saytı

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb


Gəncədə 84 yaşlı kişi itkin düşüb.

Astara rayonunun Kakalos kənd sakini Mirzəcan Hüseynov noyabrın 8-də ailə üzvləri ilə birlikdə Gəncədə yerləşən hərbi hissələrdən birində xidmət edən nəvəsinin andiçmə mərasimində iştirak etmək üçün şəhərə gəlib. Mərasimdən sonra ailə üzvləri 84 yaşlı kişini tapa bilməyiblər.

Həmin gündən etibarən doğmaları Gəncədə qalaraq Mirzəcan Hüseynovun axtarışlarını davam etdirirlər. Hadisə ilə bağlı polisə də məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxsin tapılması istiqamətində tədbirlər görürlər.

İtkin düşən şəxsin oğlu Eldəniz Hüseynov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.

"Uşağın andiçmə mərasimi noyabrın 8-də idi. Atam da bizimlə birlikdə gəlmişdi. Şəkil çəkdirdik, yemək yedik. Sonra onun üçün çay süzüb vermək istədim. Arxaya baxanda gördüm ki, atam yoxdur. Hərbi hissənin hər yerini gəzdim, amma onu tapa bilmədim. Artıq üç gündür axtarırıq, lakin tapa bilmirik. Qohumlar da narahat olub zəng edir, soruşurlar. Polislər hər yeri axtarır, müşahidə kameralarının görüntülərini yoxlayırlar", - deyə o bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər