Şəkidə 22 yaşlı hamilə qadın niyə yoxa çıxdı?
Şəki rayonunun Baş Layısqı kənd sakini Elçin Aydəmirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, 22 yaşlı qızı Səbinə Davudova avqustun 3-dən etibarən itkin düşüb. Onun sözlərinə görə, qızı 5 il əvvəl qonşu Baş Göynük kəndinə gəlin köçüb, 4 yaşlı oğlu var.
"Qızım sakit, tərbiyəli uşaq olub. 15 gün əvvəl toyda gördüm, halı xoşuma gəlmədi. Yeznəm 4 gün əvvəl zəng edib dedi ki, qızınız evdən qaçıb. Qızıma zülm verilib-verilmədiyini bilmirəm, çünki heç vaxt mənə şikayət etməyib. Xahiş edirəm, qızımın tapılmasına kömək edin", - deyə atası bildirib.
Səbinənin itkin düşməsi ilə bağlı danışan qohumu Nazlı Musayeva baş verənlərdə qarşı tərəfi günahlandırır:
"Guya məktub yazıb ki, sizə nifrət edirəm, məni axtarmayın. Telefonunu özü ilə aparmayıb. Polis işçiləri telefonu yoxlayıblar, hər şey təmiz çıxıb. Əgər qızımız pis idisə, onu geri qaytarardılar. Biz onun ölüsünü, ya da dirisini o insanlardan tələb edirik. Bütün nəsil ayağa qalxmışıq. Anası yoxdur, onun yetimliyindən istifadə edib hər şeyi edə bilərlər".
Səbinənin 4 gündür müəmmalı şəkildə yoxa çıxmasından narahat olan ailə üzvləri onun hamilə olduğunu da bildiriblər. Həyat yoldaşı Malik Davudov deyir ki, Səbinənin işləmək arzusuna görə tez-tez mübahisə ediblər:
"İş məsələsinə görə tez-tez söz-söhbətimiz düşürdü. İşləmək, azad olmaq, öz evinə sahib olmaq istəyirdi. Həmin gün evdə yox idim. Özü ilə çantasını və yeni paltarlarını götürüb, azyaşlı uşağını isə evdə qoyub. Hazırda hamımız onu axtarırıq".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb
-
Netanyahu: İranla müharibə hələ bitməyib













