Ağ Evdə Birgə Bəyannamənin imzalanması Rusiya mediasının diqqət mərkəzindədir
Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərini, onların Prezident Donald Trampla görüşünü və Ağ Evdə sülhə dair Birgə Bəyannamənin imzalamasını geniş işıqlandırır.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, TASS agentliyinin materialına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmağa, ticarət, səyahət və diplomatik əlaqələr qurmağa, bir-birinin suverenliyinə hörmət etməyə söz verib. Görüşdə sülh sazişinin mətni paraflanıb və Ermənistan ərazisindən Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması, o cümlədən Minsk qrupunun ləğvi təklifi ilə ATƏT-ə müraciət daxil olmaqla yol xəritəsi təsdiq edilib. Donald Tramp Azərbaycanla hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlərin götürüldüyünü və hər iki ölkə ilə ikitərəfli iqtisadi sazişlərin imzalandığını açıqlayıb. Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə hazır olduqlarını bildiriblər.
"İnterfaks" Azərbaycan Prezidentinin fikirlərinə istinadla bildirir ki, sülh müqaviləsinin rəsmi imzalanması gecikdirilməməlidir, O, avqustun 8-ni Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərdə tarixi gün adlandırır. Prezident İlham Əliyev ABŞ ilə strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb və əməkdaşlıq xartiyasının müzakirəsi üçün Azərbaycan nümayəndə heyətinin formalaşdığını bildirib.
"Kommersant" yazır ki, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi 99 il müddətinə ABŞ-yə verilib və "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılıb. Donald Trampın sözlərinə görə, bu, Ermənistanın suverenliyini qorumaqla Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək tranzit zonasıdır.
"Lenta.ru" ABŞ prezidentinə istinadla xəbər verir ki, Ermənistan bu dəhlizin inkişafı üçün Vaşinqton ilə 99 il müddətinə və uzadılma imkanı ilə eksklüziv tərəfdaşlıq yaradır.
"Vestnik Kavkaza" yazır ki, Azərbaycan və Ermənistan liderləri münasibətləri sülh yolu ilə nizamlamaq niyyətlərini sənədləşdiriblər. Birgə Bəyannamədə hərbi toqquşmalardan imtina, nəqliyyat kommunikasiyalarının açılması, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri yer alıb.
"Veçernyaya Moskva" imzalanan sənədlərin sülhün əldə olunması üzrə mühüm olduğunu qeyd edib və diqqətə çatdırıb ki, Tramp bu hadisəni "tarixi" adlandırıb.
"Vesti.ru" xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət ediblər. Birgə Bəyannamədə Minsk prosesinin və əlaqədar strukturların fəaliyyətinə son qoyulmasının vacibliyi vurğulanıb və təşkilata üzv dövlətlər bu qərarı dəstəkləməyə çağırılıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Mikayıl Cabbarov: "Sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib"
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?













