"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çempionlar Liqasında hədəf qrup lideri olmaqdır"
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" futzal klubunun qarşısına ilkin mərhələdə yer aldığı qrupu lider kimi başa vurmaq hədəfi qoyulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu son ölkə çempionunun baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis başqa nəticənin onlar üçün uğursuz hesab olunacağını söyləyib:
"Qrupu lider kimi başa vurmaq qarşımıza qoyulan vəzifədir. Heç bir başqa nəticəyə köklənməmişik. Lider kimi növbəti mərhələyə adlamaq istəyirik. İkinci yeri tutsaq, bu bizim üçün uğursuz nəticə kimi qiymətləndiriləcək. Nə mən, nə köməkçilərim, nə də komanda ikinci yer haqqında düşünür".
Baş məşqçi avqustun 2-dən komanda şəklində məşqlərə başladıqlarını qeyd edib:
"UEFA Çempionlar Liqasının ilkin mərhələsinə hazırlıq prosesi artıq başlayıb. İyunun 23-dən Bakıda olan yerli futzalçılar yüngül məşqlərə başlamışdılar. Avqustun 2-dən isə Bakı şəhərində yerləşən otellərdən birində məskunlaşmışıq və komanda şəklində gündə iki dəfə olmaqla məşqlər keçirik. Bütün oyunçular tibbi müayinədən keçiblər".
Baş məşqçi rəhbərliyin kollektivdə yaxşı ab-hava yaratdığını vurğulayıb:
"Mən gəldiyim gündən komandada yaxşı ab-hava var. Rəhbərliyə təşəkkür edirəm ki, belə atmosfer yarada biliblər. Bu baxımdan mənə böyük kömək göstərilir. Hərtərəfli dəstək verirlər və istədiyim şəraiti yaradırlar ki, təlim-məşq prosesi lazımi şəkildə keçsin. Yeni qoşulanlar da komandaya rəng qatıblar və hazırda dostluq, ailə münasibətləri hökm sürür".
Y.Kukseviç texniki-taktiki məşqlərə kökləndiklərini bildirib:
"Hazırda komandada yerli və mənimlə birlikdə gəlmiş köməkçi məşqçilər var. Məşqlərimizin daha səmərəli olması üçün bunlar vacibdir. Yükümün bir az azalması daha çox texniki-taktiki məsələlərə köklənməyimə yardım göstərir. Bu səbəbdən klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sizə də təşəkkür edirəm ki, komandanın durumu ilə daim maraqlanırsınız".
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın "Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın "Ljuti" komandaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













