Surinam özəl sektoru iqtisadi siyasətin hazırlanmasına daha fəal cəlb etmək niyyətindədir
Surinam iqtisadi artımı və iqtisadiyyatın şaxələndirilməsini stimullaşdırmaq üçün dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Far.Az" xəbər verir ki, bu barədə Surinamın iqtisadi işlər, sahibkarlıq və texnoloji innovasiyalar naziri Endryu Baasaron Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" adlı beynəlxalq tədbirdə bildirib.
"Surinam kiçik iqtisadiyyatdır, lakin şelfdə neft-qaz sektorunun inkişafı ilə əlaqədar əhəmiyyətli iqtisadi artım gözləyirik. Buna görə də biz institutlarımıza sərmayə yatırmalı və gəlirlərin səmərəli bölüşdürülməsi üçün möhkəm əsas yaratmalıyıq", - o qeyd edib.
Onun sözlərinə görə, dövlətlə özəl sektor arasında dialoq sistemli xarakter daşımalıdır.
"Hökumət siyasət və hüquqi çərçivələr hazırlandıqdan sonra özəl sektor nümayəndələrini sadəcə dinləməklə kifayətlənməməlidir. Onların bu prosesdə tərəfdaş kimi iştirakını təmin etmək lazımdır", - nazir vurğulayıb.
O, həmçinin dövlət proseslərinin rəqəmsallaşdırılmasının və infrastrukturun modernləşdirilməsinin vacibliyini qeyd edib.
"Biz əhaliyə daha səmərəli xidmət göstərmək məqsədilə süni intellekt və yeni texnologiyalardan istifadə etmək üçün kifayət həcmdə səhih məlumatların toplanmasını təmin etməliyik", - Baasaron bildirib.
Nazir əlavə edib ki, məşğulluğun 50-60 %-ni təşkil edən kiçik və orta müəssisələrin maliyyəyə çıxışını sadələşdirmək lazımdır.
"Yeni sahələri, o cümlədən neft-qaz sektorunu, eləcə də iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək üçün startapların, gənclərin və qadınların təlimi və inkişafına xüsusi diqqət yetirilməlidir", - o bildirib.
Baasaron hesab edir ki, dövlət, özəl sektor və təhsil müəssisələrinin əməkdaşlığı, eləcə də regional əməkdaşlıq dayanıqlı inkişaf üçün həlledici əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7













