Azərbaycanın təbii qazı Suriyanın Homs vilayətinə çatıb
Azərbaycandan nəql olunan təbii qaz Türkiyə-Suriya boru kəməri ilə Suriyanın Homs vilayətinə çatıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, növbəti mərhələdə qaz Cender stansiyasından paytaxt Dəməşqin yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.
Qaz elektrik stansiyalarının klapanları Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs valisi Əbdürrəhman əl-Amın iştirakı ilə açılıb. Diyab mətbuata açıqlamasında qeyd edib ki, hazırda Azərbaycandan təbii qaz Türkiyə üzərindən Cender yanacaqdoldurma məntəqəsinə çatıb.
Gündə 3,4 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik boru kəməri ilə hazırda sutkada 1,4 milyon kubmetr qaz nəql edilir ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Nazir müavini vurğulayıb ki, Türkiyədən keçən bu axın Ərəb Qaz Kəmərinin Türkiyə Respublikasına birləşdirilməsi baxımından strateji addımdır, bunun sayəsində Suriya elektrik şəbəkəsi vasitəsilə region ölkələri ilə inteqrasiya olunacaq və bu, ölkədə sabitliyi gücləndirəcək.
Diyab əlavə edib ki, bütün istilik elektrik stansiyalarına qazın verilməsi ilə ölkədə cari elektrik enerjisi təchizatı sutkada 5 saata çatdırılacaq, növbəti mərhələdə isə sutkada 6 milyon kubmetr qazın verilməsini nəzərdə tutan yeni müqaviləyə əsasən, ev təsərrüfatlarının sutkada 8 saata qədər elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulub. Türkiyədən Suriyaya ilk təbii qaz tədarükü avqustun 2-də başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Suriya liderinin Türkiyə səfəri – Dəməşqin prioriteti - ŞƏRH
Azərbaycan qazı artıq Suriyada
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













