Lavrovla Mirzoyan Ermənistan, Azərbaycan və ABŞ liderlərinin görüşünün detallarını müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefonla Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderləri arasında təmasların detallarını müzakirə edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
"Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ və Azərbaycan prezidentləri Donald Trampla İlham Əliyev arasında baş tutan təmasların təfərrüatları barədə məlumat verib", - məlumatda deyilir.
Söhbət zamanı Lavrov İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara uyğun olaraq davamlı sülhün vacibliyini vurğulayıb.
"Moskva bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşmasına yardım etməyə hazırdır", - Rusiya XİN-in bəyanatında deyilir.
Nazirlər həmçinin Rusiya-Ermənistan gündəliyinin bir sıra aktual məsələlərini də müzakirə ediblər.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













