Qubada yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Far.Az xəbər saytı

Qubada yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb


Quba rayonu, Birinci Nügədi kəndində yerləşən "Qafqaz" yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sözügedən yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:

"Obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən "Qafqaz" yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şabranda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
"Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırılıb
"Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər