Azərbaycanda bələdiyyə sədri bu səbəbdən yaxın qohumunu məsuliyyətə cəlb etdirdi
Far.Az xəbər saytı

Azərbaycanda bələdiyyə sədri bu səbəbdən yaxın qohumunu məsuliyyətə cəlb etdirdi


Masallı rayonunda maraqlı hadisə baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rayonun Kolatan bələdiyyəsinin sədri yaxın qohumunu qanunsuz ağac kəsməyə görə məsuliyyətə cəlb elətdirib.

Belə ki, Kolatan bələdiyyəsinə daxil olan Bağıroba kəndində yaşı 50-dən çox olan yeddi ədəd palıd ağacı qanunsuz olaraq budanıb və qismən kəsilib. Bu barədə bələdiyyəyə məlumat daxil olub.

Aparılan araşdırma zamanı məlum olub ki, qanunsuz əməli Bağıroba kənd sakini Tofiq Eynullayev törədib. Faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə təqdim edilib və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məlumata görə, T.Eynullayev Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin yaxın qohumudur.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər