2026-cı ildə İcbari Tibbi Sığorta Xidmətlər Zərfi genişləndiriləcək - RƏSMİ
Hazırda İcbari Tibbi Sığorta Xidmətlər Zərfində 3 315 tibbi xidmət təminata alınıb. Buraya ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası kimi mürəkkəb və yüksək dəyərli tibbi xidmətlər daxildir. Məqsəd əhalinin sağlamlığına təsir edən xəstəliklərin vaxtında aşkarlanması və müalicəsidir.
Far.Az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2026-cı ildə Xidmətlər Zərfinin genişləndirilməsini planlaşdırır. Yeniliklər çərçivəsində ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə olunması, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur.
Bundan başqa, hipertoniyadan əziyyət çəkən şəxslərə ambulator şəraitdə həkim resepti ilə təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır. Gələcək illərdə isə ambulator müalicədə istifadə olunan digər dərman preparatlarının da mərhələli şəkildə sığorta təminatına daxil edilməsi nəzərdə tutulur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır
İcbari tibbi sığorta çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərin çeşidi artırılacaq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda orqan köçürülməsi üçün növbədə olanların sayı açıqlanıb - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













