Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edib - Yenilənib
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.
Bu barədə "Far.Az"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.
Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edib.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Azərbaycan Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.
Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilən 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilir.
"Far.Az" xəbər verir ki, imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir.
İmtahan başlayarkən bildirilib ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.
Qeyd edək ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Prokurorluq orqanlarına qulluğa qəbul üzrə 30 vakant ştat vahidi üçün keçirilən müsabiqənin yazılı imtahanında 133 namizəd iştirak edir.
"Far.Az" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqənin yazılı imtahan mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, prokurorluq orqanlarına qulluğa qəbul üzrə sayca 28-ci müsabiqədir:
"Birinci mərhələ olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. Test imtahanında uğur qazanan namizədlər yazılı mərhələyə buraxılıblar. Müsabiqənin üçüncü mərhələsi müsahibədir".
Heydər Məmmədov qeyd edib ki, bu il prokurorluğa qulluğa qəbul qaydalarında dəyişiklik edilməyib. Onun sözlərinə görə, müsabiqə şəffaf və bütün namizədlərə bərabər imkanların yaradılması prinsipi əsasında keçirilir.
"Kadr siyasətinin əsas məqsədlərindən biri yüksək nəzəri biliklərə malik istedadlı gəncləri müəyyənləşdirmək və dövlətçiliyə sədaqəti ilə seçilən yeni nəsil hüquqşünaslar yetişdirməkdir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













