

Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür
Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.
Far.Az xatırladır ki, Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində, Xalq artisti Bəşir Səfəroğlunun ailəsində anadan olub.
1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb.
Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Elə ilk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.
Afaq Bəşirqızı 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşib, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.
1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.
Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və sairin adlarını qeyd etmək olar.
Afaq Bəşirqızı Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. O, 2013-cü ildə "Şöhrət" ordeninə, 2015-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Xalq artisti Afaq Bəşir qızı Səfərova (Afaq Bəşirqızı) ötən günü "Şərəf" ordeni ilə təltif edilib.
Far.Az komandası adından Xalq artistini 70 yaşı münasibətilə təbrik edirik!
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu universitetlər rus bölməsinə ixtisas seçimini dayandırdı
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
-
III MDB Oyunları: Azərbaycan boksçuları yarışı 24 medalla başa vurublar
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir