Qubada din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək
Far.Az xəbər saytı

Qubada din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək


Avqustun 20-21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Qubada  din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.

BAKU.WS xəbər verir ki, bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak edəcəyi "Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində" adlı seminar-treninqin məqsədi dini fəaliyyətlə məşğul olan şəxslərin peşəkar hazırlığını gücləndirmək üçündür.

Həmçinin burada müasir dövrün çağırışları barədə fikir mübadiləsi aparmaq, maarifləndirmə və şəbəkələşməni təşviq etmək, həmçinin hüquqi bilikləri təkmilləşdirmək və kommunikativ bacarıqları inkişaf etdirməkdir.

Seminar-treninqdə müxtəlif aktual mövzularda sahə üzrə ekspertlərin məruzələri dinləniləcək və interaktiv müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, seminar-treninqlərin Masallı, Şəki və Göyçay rayonlarında da təşkil olunması nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər