Fransız deputat islamofobiyanı normal hesab edir
"Milli Birlik" partiyasının nümayəndəsi, fransız deputat Jülyen Odul islamofobiya konsepsiyasını qəbul etmədiyini və İslama qarşı mənfi münasibəti yolverilən hesab etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə o, Fransa telekanallarından birinin efirində deyib.
"Mən islamofobiya konsepsiyasını tamamilə rədd edirəm. Ölkəmizdə islamofobiya qanunidir və bizim hər hansı bir dini sevməmək hüququmuz var", - o qeyd edib.
Ona xatırladıblar ki, nifrət çağırışları fikir ifadəsi deyil və cinayət məsuliyyətinə səbəb ola bilər.
Odul etiraz edərək İslamın irq deyil, din olduğunu vurğulayıb və islamofobiya termininin siyasi xarakter daşıdığını bildirib.
"Sizə xatırladıram ki, Samuel Pati islamofob adlandırıldığı üçün öldürülüb. İslamofobiya "Müsəlman qardaşları"nın konsepsiyasıdır", - o əlavə edib.
Qeyd edək ki, Jülyen Odul Marin Le Penin rəhbərlik etdiyi "Milli Birlik" partiyasından Fransa parlamentinin deputatıdır. Odul həmçinin partiyanın mətbuat katibidir.
2019-cu ildə Odul Burqundiya - Franş-Konte regional şurasında məktəb ekskursiyasında uşaqları müşayiət edən müsəlman qadından hicabını çıxarmağı tələb etdikdən sonra qalmaqalın mərkəzinə düşmüşdü.
2025-ci ilin martında dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək işi üzrə təqsirli bilinib, lakin bu qərara qarşı apellyasiya şikayəti verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar













