Antonio Koşta Yaxın Şərqdə sülhlə bağlı Şahbaz Şərifə zəng vurub
Far.Az xəbər saytı

Antonio Koşta Yaxın Şərqdə sülhlə bağlı Şahbaz Şərifə zəng vurub


Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Pakistanın Baş naziri Şahbaz Şərifə zəng vurub.

"Far.Az" xəbər verir ki, bu barədə Ş. Şərif "X" sosial şəbəkə hesabında yazıb.

"Bu axşam mən Avropa Şurasının prezidenti Antonio Koştadan zəng qəbul etdim", - o bildirib və əlavə edib ki, söhbət zamanı Pakistanın Yaxın Şərqdəki sülh təşəbbüsləri müzakirə olunub.

"Pakistanın sülh səylərini tanıdığına, regional sülh, sabitlik naminə dialoq və diplomatiyanı dəstəkləməyə hazır olduğuna görə Avropa İttifaqına minnətdaram", - Pakistanın Baş naziri bildirib.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər