Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi?
Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Verilişdə tarixçi İlqar Niftəliyev Araz Türk Respublikasının yaradılması və dağıdılmasının, daşnak Andranikin Qarabağı və Cənubi Qafqazı qoyub qaçmasının səbəblərindən danışıb.
Onun sözlərinə görə, Ermənistanın ilk baş naziri azərbaycanlılara qarşı qırğınları etiraf edib: "Nəriman Nərimanov Moskva qarşısında mühüm tələb qoymuşdu. Moskva müqaviləsi Naxçıvanı xilas etdi. İngilislərin Qafqaz siyasəti regionu dəyişdi. Qarabağ və Naxçıvan məsələsində Moskvanın gizli planı var idi. Qarabağ general-qubernatorluğunun yaradılması regionun taleyini dəyişdi və Andraniki geri çəkilməyə məcbur etdi. İngilis komandanlığının Qarabağ və Zəngəzuru Azərbaycan torpağı kimi tanıması erməni planlarını darmadağın etdi. İngilislər Qafqazı tərk edəndən sonra bölgə yenidən qanlı qarşıdurmalara sürükləndi. Stalin Zəngəzur və Naxçıvan barədə təhlükəli plan irəli sürdü və bu qərarlar regionu dəyişdi".
Tarixçi bildirib ki, Xosrov Paşa Sultanov Qarabağda tarixi rol oynayıb.
İ.Niftəliyev ingilis ordusunun Qafqazdan gedəndən sonra baş verən hadisələrə, ingilislərin Naxçıvanın Ermənistanın nəzarətinə verməsinə böyük etirazına, eləcə də Naxçıvanın Azərbaycan Cümhuriyyəti hökumətinin nəzarətindən niyə kənarda qalması sualına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
"Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı" - Qərbi Azərbaycan Xronikası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi













