Azərbaycanda qaz təchizatı obyektlərinin texniki istismar qaydaları hazırlanacaq
Prezident İlham Əliyev "Qaz təchizatı haqqında" 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, Azərbaycanda qaz təchizatı obyektlərinin texniki istismar qaydaları hazırlanacaq.
Fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində ölkə qanunlarının və Prezident aktlarının "Qaz təchizatı haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddini, qazdan istifadə qaydalarını, qaz təchizatı sisteminə dair qaydaları, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını, qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını, müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi qaydasını, ixtisas attestatının formasını, attestatın verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını, qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri hazırlayıb, Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Energetika Nazirliyi "Qaz təchizatı haqqında" qanuna uyğun olaraq, texniki xidmətin nəticəsinə dair aktın formasını üç ay müddətində, qaz təchizatı obyektlərinin texniki istismar qaydalarını 9 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, həmin qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fövqəladə Hallar Nazirliyi "Qaz təchizatı haqqında" qanuna uyğun olaraq, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarını 9 ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Neft Şirkəti "Qaz təchizatı haqqında" qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.
"Qaz təchizatı haqqında" qanunun tətbiqi ilə bağlı qəbul ediləcək Prezident aktları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanunun müvafiq müddəalarının qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minə bilməz. Qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb













