"Kayrat"ı Çempionlar Liqasına çıxaran Urazbaxtin bir vaxtlar ayaqqabı satırmış...
Qazaxıstanın "Kayrat" futbol klubunun baş məşqçisi Rafael Urazbaxtin komandanı ilk dəfə UEFA Çempionlar Liqasına çıxarmaqla tarixi uğura imza atıb.
Far.Az-in məlumatına görə, o, dəyəri cəmi 12 milyon avro olan heyətlə bu nəticəni əldə edib.
Rafael Urazbaxtin 1978-ci il noyabrın 20-də Almatıda anadan olub. O, peşəkar futbolçu kimi karyerasına 1996-cı ildə Taldi-Kurqandakı "Kaynar" klubunda başlayıb. Daha sonra "Ulıtau" klubunda çıxış edib, lakin bir mövsüm sonra Qazaxıstanın ən tanınmış klublarından biri olan "Kayrat"a keçib.
2001-ci ildə o, Rusiya Premyer Liqasında "Rostselmaş"da çıxış edib, lakin bir ildən sonra yenidən Qazaxıstana qayıdıb. Sonrakı illərdə "Axtobe-Lento", "Vostok" və digər klublarda oynayıb. 1998-2004-cü illərdə Qazaxıstan milli komandasında forma geyinib.
Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Urazbaxtin əvvəlcə "Kayrat"ın əsas komandasının müvəqqəti baş məşqçisi kimi çalışıb, daha sonra Aleksandr Kerjakovun məşqçi heyətinə daxil olub. 2024-cü ilin sentyabrında isə "Kayrat"ın baş məşqçisi təyin edilib və mövsüm sonuna qədər müqavilə imzalayıb. Onun rəhbərliyi altında komanda möhtəşəm nəticələr əldə edib, xüsusilə çempionatın son turunda "Atyrau" üzərindəki qələbə "Kayrat"a Qazaxıstan çempionu titulunu qazandırıb.
Maraqlıdır ki, məşqçilik lisenziyası almadan əvvəl Rafael Urazbaxtin sadə bir işlə – ayaqqabı satıcılığı ilə məşğul olub. Bu fakt onun futbol karyerasındakı uğurunun təsadüfi olmadığını, böyük zəhmət və əzmlə əldə edildiyini göstərir.
İndi isə o, Qazaxıstan futbol tarixində yeni bir səhifə açaraq "Kayrat"ı ilk dəfə Çempionlar Liqasına aparan məşqçi kimi adını yazdırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













