"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazancı məlum oldu
UEFA Çempionlar Liqasının 2025-ci il mövsümü üçün klubların gözlənilən ümumi gəlirləri açıqlanıb.
Far.Az-in məlumatına görə, siyahının liderliyini İngiltərə nəhəngi "Mançester Siti" tutur.
İlk 5-lik belə formalaşıb:
"Mançester Siti – 64.318 milyon avro
PSJ – 63.037 milyon avro
"Bayern Münhen" – 61.858 milyon avro
"Liverpool" – 61.410 milyon avro
"Çelsi" – 58.896 milyon avro
Bu klublar həm bazar payı, həm də son illərdəki uğurlu çıxışlarına görə böyük gəlir əldə edəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" siyahıda 33-cü pillədə qərarlaşıb. Klubun bu mövsüm üçün gözlənilən ümumi gəliri 23.775 milyon avro təşkil edir. Bu, "Qarabağ"ın indiyədək Çempionlar Liqasında əldə etdiyi ən yüksək maliyyə göstəricisidir.
Türkiyə nəhəngi "Qalatasaray" 31-ci yerdədir və gözlənilən gəliri 25.991 milyon avro təşkil edir. Qazaxıstan təmsilçisi "Kayrat Almatı" isə siyahının sonuncu – 36-cı pilləsində qərarlaşıb və bu mövsüm üçün cəmi 20.522 milyon avro qazanacaq.
Oxşar xəbərlər
Dünyanın ən varlı futbolçuları
2025-ci ilin ən BAHALI futbol klubları - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













