Alimlər cütlüklərin daha çox mübahisə edib ayrılmasına səbəb olan xüsusiyyəti aşkar ediblər
Təhlükəsiz olmayan bağlılıq tipinə sahib insanlar mübahisələr zamanı tərəfdaşları ilə kompromisə getməyə daha az meylli olur, tez-tez aqressiya göstərir və ayrılıq barədə düşünürlər.
Far.Az xəbər verir ki, ABŞ-lı psixoloqlar belə qənaətə gəliblər. Araşdırma "Sexual and Relationship Therapy" (SRT) jurnalında dərc olunub.
Münasibətlərdə konfliktlər – tərəflərin ehtiyac, dəyər və gözləntilərinin fərqli olması səbəbilə təbii haldır. Cütlüklərin bu ziddiyyətlərlə necə mübarizə aparması münasibətin davamlılığına təsir edir: konstruktiv mübahisələr inamı gücləndirir, dağıdıcı davranışlar isə əksinə, onu zəiflədir.
ABŞ-ın Şimal-Qərb Universitetindən olan alimlər münasibətdə ən azı altı ay olan 365 tələbəni sorğu ediblər. İştirakçılar yaşadıqları travmalar, bağlılıq tipləri və münaqişə zamanı davranış strategiyaları barədə anket doldurublar.
Məlum olub ki, tələbələrin 85%-i azı bir dəfə şəxsi münasibətlərdə travma ilə qarşılaşıb – emosional, fiziki və ya seksual zorakılıq. Lakin insanların mübahisə zamanı davranışını əsasən keçirdikləri travmaların sayı deyil, bağlılıq tipi müəyyən edib.
Təhlükəsiz olmayan bağlılıq formasına (qaçan və ya narahat) sahib şəxslər kompromisə getməyə daha az hazır olublar. Onlar daha çox aqressiv reaksiya verib, üstünlük göstərməyə çalışıb və ya əksinə, qarşıdurmadan qaçmaq üçün tərəfdaşına tam tabe olublar. Bəziləri isə münasibətləri bitirməyi düşünməyə meyilli olub.
"Topladığımız məlumatlar göstərir ki, keçmişdə yaşanan travmalar təhlükəsiz olmayan bağlılığın formalaşmasına gətirib çıxarır. Bu da kompromisə hazırlığı azaldır və konfliktli davranışları gücləndirir", – deyə tədqiqat müəllifləri qeyd ediblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













