III MDB Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların sayı açıqlanıb
III MDB Oyunlarında Azərbaycanı 23 idman növündə 340 idmançı təmsil edəcək.
Far.Az xəbər verir ki, ümumilikdə nümayəndə heyətinin sayı isə 475 nəfər olacaq. Ən çox Azərbaycan idmançısı cüdo və qılıncoynatmada – hər birində 32 nəfər olmaqla iştirak edəcək. Taekvondo və voleybol növlərində isə 28 idmançı mübarizə aparacaq.
Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3x3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycan ev sahibi ölkə olaraq, bir sıra idman növlərində – cüdo, taekvondo, qılıncoynatma, badminton və karatedə, iki heyətlə iştirak edəcək.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.
Qılıncoynatma 32
Cüdo 32
Taekvоndo 28
Voleybol 28
Güləş 27
Karate 24
Futbol 23
Boks 22
Avarçəkmə 21
Atıcılıq 16
Badminton 16
Üzgüçülük 13
Batut gimnastikası 11
Bədii gimnastika 10
Çövkən 9
Sambo 8
3x3 Basketbol 8
Oxatma 6
Stolüstü tennis 6.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













