Kərim Vəliyev: "Sentyabrda "Sonsuz Qardaşlıq" çoxmillətli təlimi keçiriləcək"
"Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Ordusunun Türk Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb və bu proses bu gün də uğurla davam etdirilir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Zəfər Bayramına həsr edilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.
General qeyd edib ki, orduda həyata keçirilən hərbi islahatlar qoşunların imkanlarını əhəmiyyətli dərəcədə artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb:
"Baş Qərargahlar səviyyəsində mütəxəssislərin iştirakı ilə planlı işçi görüşlər keçirilir və intensiv danışıqlar aparılır. Bu il ərzində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetlərinin nümayəndələrinin cəlb olunması ilə quruda, havada və dənizdə müxtəlif səviyyəli birgə təlimlər keçirilib. Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim həyata keçiriləcək. Eyni zamanda, 70-dən artıq konfrans, seminar, kurs və məşq təşkil olunub. İlin sonunadək tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, Azərbaycan və Türkiyə orduları, eləcə də dost ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən təlimlərə də xüsusi diqqət yetirilir".
General-polkovnik Kərim Vəliyev əlavə edib ki, sentyabr ayında Azərbaycanda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz Qardaşlıq" çoxmillətli təlimi keçiriləcək:
"Əminliklə bildirirəm ki, iki qardaş ölkənin müdafiə sahəsində əldə etdiyi nailiyyətlər hərbi birliyimizi daha da möhkəmləndirir və regionda əmin-amanlığın, sabitliyin qorunmasına böyük töhfə verir".
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 34 il ötür
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













